Ərdoğan: “Qətliam görmək istəyənlər Dağlıq Qarabağa baxsın”
Ölçü:

“Türkiyə tarixin heç bir dönəmində mülki əhalini qətlə yetirməyib, soyqırımı törətməyib və törətməz”.

Koordinat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

“Qətliam görmək istəyənlər Əfqanıstana, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxsın. Türkiyəni mülki əhalini öldürməkdə günahlandıranların gözü kor, qulağı kar, ürəkləri daşlaşıb”, - deyə Ərdoğan qeyd edib.
16.10.2019 13:53:00
Oxuma sayı: 32