Muzdlu işçilərin maaşı 9 faizə yaxın artıb
Ölçü:

Bu il sentyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 611,1 min nəfər olub ki, onlardan 899 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 712,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatda bildirilir.

Muzdla işləyənlərin 20,4%0i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
16.10.2019 12:53:00
Oxuma sayı: 32