Xəzərdəki yataqlardan indiyədək 1 090 milyon ton neft hasil edilib
Ölçü:


Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından indiyədək 1 090 mln. ton neft hasil edilib.

Koordinat.az-ın məlumatına görə, bunu SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Xəzər Texniki Konfransı zamanı deyib. Onun sözlərinə görə, dəniz yataqlarından indiyədək 713 milyard kubmetr qaz hasil edilib.

Y. Lətifov qeyd edib ki, Azərbaycanın quru yataqlarından ötən dövr ərzində 979 mln. ton neft və 139 mlrd. kubmetr qaz hasil edilib. O həmçinin bildirib ki, Azərbaycanda quruda indiyədək 53 neft-qaz yatağı aşkar edilib, onlardan 40-ı hazırda işlənməkdədir. Bundan başqa, ölkədə 28 dəniz yatağı aşkarlanıb ki, onlardan 19-u işlənməkdədir.
16.10.2019 09:54:00
Oxuma sayı: 29