Pərvanə Əhmədova: “Alooo, müxalifət, bəsdirin, məni oyunlarınıza alət etməyin” - VİDEO
Ölçü:

Bir neçə gündür sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədova videomüraciət yayıb.

Koordinat.az
xəbər verir ki, Milli Şuranın oktyabrın 8-də Bakıda keçirdiyi piket zamanı kameralara tuş gələn Pərvanə Əhmədova videomüraciətində onu siyasi alətə çevirməyə çalışan müxalifəti tənqid edib. O, heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirib.

Pərvanə Əhmədova müxalifət düşərgəsinə özünəməxsus formada müraciət edib: “Alooo, müxalifət, bəsdirin! Məni öz oyunlarınızda alət etməyin!”

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan məlumatlarda Milli Şuranın 9 oktyabr mitinqindən bir neçə gün sonra Pərvanə Əhmədovanın evinin təmir olunması barədə xüsusi göstəriş verildiyi bildirilir. Son günlər uşaqları ilə birlikdə evini tərk edən xanımın müvəqqəti olaraq yaxın qohumugildə yaşadığı və bu müddətdə onun evinin təmirinə başlandığı söylənilir.

Pərvanə Əhmədova Azadlıq radiosu"na açıqlamasında evindən kənarda olduğunu və müvəqqəti olaraq yaxınlarının evində yaşadığını təsdiqləyib. O, qeyd edib ki, son günlər ona maddi dəstək vermək və yardım etmək etmək istəyənlər tərəfindən çoxlu müraciətlər edilir: "Allaha and olsun, çoxunu heç tanımıram da, sadəcə dəstək məqəsdilə gəlirlər. Hətta başqa-başqa ölkələrdən də zənglər gəlirdi. Çox yorulmuşdum, tükənmişdim. Ona görə də bir az uzaqlaşdım. İndi yenə də özümdə deyiləm, yorğunluq sümüklərimə oturub. Mənə qarşı heç bir təhdid-zad olmayıb".


15.10.2019 15:11:00
Oxuma sayı: 174