Türk Şurasına üzv dövlətlər sənədlər imzalandı - FOTO
Ölçü:


Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Koordinat.az
xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb. Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış edib. Sonra dövlət başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış ediblər.

Növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alındı.

Daha sonra sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurub.

15.10.2019 16:08:00
Oxuma sayı: 28