Ərdoğan Türk dövlətlərini birliyə çağırdı
Ölçü:

“Türkmənistanın da Türk Şurasında iştirak etməsini arzulayıram”.

Koordinat.az
-ın məlumatına görə, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə çıxış edən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Türk Şurasına yeni üzv olan Özbəkistan dövlətinin bu addımını təqdir edib, həmçinin Şuranın iclasında iştirak edən Macarıstanın Baş Naziri Viktor Orbana öz təşəkkürünü çatdırıb.

Ərdoğan Türk dövlətlərinin disaporlarının vahid şəkildə hərəkət etməsi ilə bağlı təklif irəli sürüb. “Diasporlarımız ortaq hərəkət etməlidir”.

Türkiyə Prezidenti Dədə Qorquddan sitat gətirərək, Türk dövlətlərinin bir-birinə dəstək verməsini arzu edib: “Atamız Dədə Qorqud deyib ki, yaxşı dost yaxşı gündə çağırıldığında, çətin gündə isə çağırılmadan gələndir. Türkiyənin terror örgütlərinə qarşı mücadiləsində siz dostlardan dəstək gözləyirik.

“Barış pınarı” hərəkatı ilə bağlı Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. 300 milyonluq Türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü bilirik. Milli davalarda bir-birimizin yanında durmaq bizim qardaşlığımızın gərəyidir. Azərbaycanın Dağlıq Qarabağ və ətrafının işğal altında olması, 1 milyon qardaşımızın evlərindən, yirdlarından uzaqda qaçqın olaraq yaşamaq məcburiyyətində qoyub. BMT-də sözylədiyim kimi, bu, qəbul edilməz bir vəziyyətdir. Qarabağ probleminin ən qısa vaxtda sülh yolu ilə və Azərbaycanın torpaq bütövlüyü çərçivəsində həll edilməsinə dəstək verməkdə davam edəcəyik. Türk dünyasının bir parçası olan Kipr türklərinə kömək etməliyik.

İnşallah gələn il Türkiyədə düzənlənəcək 8-ci Zirvə Görüşümüzdə Türkmənistanı da tam üzv olaraq aramızda görəcəyimizə inanıram. Toplantımız xeyirlərə vəsilə olsun. Türk dünyasına buradan salamlarımı göndərirəm və Türkmənistanın iştirakı ilə 6 dövlət, bir millət olmağı arzu edirik. Rəbbim yar və yardımçımız olsun”, - deyə Ərdoğan bildirib
15.10.2019 14:38:00
Oxuma sayı: 34