Ərdoğan: “Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik"
Ölçü:


“Azərbaycanın öz torpağı olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğal altında olması 1 milyondan çox insanı evlərindən uzaqda məcbur köçkünə çevirib. BMT Baş Məclisində dediyim kimi, bu, qəbuledilməz vəziyyətdir”.

Koordinat.az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşündə deyib: “Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddət ərzində sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik”.

15.10.2019 13:17:00
Oxuma sayı: 167