Pənah Hüseyndən Milli Şuranın mitinqinə dəstək: "Biz də iştirak edəcəyik"
Ölçü:


Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqdə Azərbaycan Xalq Partiyasının da üzvləri və tərəfdarları iştirak edəcək.

Koordinat.az
xəbər verir ki, partiya sədri Pənah Hüseyn bu haqda açıqlama verib. O qeyd edib ki, Milli Şura və AXCP rəhbərliyinin fikirlərinə uyğun olaraq, icazə verilməsə belə, mitinq keçiriləcək: “Son zamanlarda bəlkə də ilk dəfədir ki, bu cür qətiyyətli bəyanat səsləndirilib. Biz Xalq Partiyası olaraq, həmin mitinqdə iştirak etməyi qərara almışıq”.

Pənah Hüseyn bir müddət əvvəl siyasi partiyaların iştirakı ilə keçirilən tədbirdən də danışıb: “Bir məqamı da diqqətə çatdırmaq istəyərdim. Fəzail Ağamalının təşkilatçılığı ilə siyasi partiyaların diskussiyası təşkil olundu. Ona necə təzyiq olubsa, bu barədə danışmaqdan belə çəkinir”.

15.10.2019 13:09:00
Oxuma sayı: 74