Şagirdlərin elektron yerdəyişməsinə dair sorğular oktyabrın 21-dən davam edəcək
Ölçü:

2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib.

Təhsil Nazirliyindən Koordinat.az-a bildirilib ki, 875 sorğuya dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Qeyd edək ki, elektron yerdəyişmə prosesi ilə bağlı sorğuların qəbulu 21 oktyabr 2019-cu tarixindən etibarən davam etdiriləcək. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.
14.10.2019 17:10:00
Oxuma sayı: 271