Azərbaycanda bu xəstəxanalar TƏBİB-in tabeliyinə verilir
Ölçü:


2020-ci ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi başlanır.

Koordinat.az
xəbər verir ki, bununla əlaqədar olaraq tibb müəssisələrinin əksəriyyəti İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) tərkibində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə veriləcək.

Artıq TƏBİB-in tabeliyinə veriləcək müəssisələr məlum olub. Belə ki, TƏBİB-in tabeliyinə ümumilikdə 713 tibb müəssisəsi veriləcək. Bunlar xəstxanalar, poliklinikalar, uşaq və stomatoloji poliklinikaları, qadın məsləhətxanaları, təcili tibbi yardım məntəqələri daxildir. Bundan başqa, ölkə ərazisində olan minlərlə kənd tibb məntəqələri də TƏBİB-in tabeliyinə keçəcək.

Bunların arasında 59 Rayon Mərkəzi Xəstəxanası, 108 poliklinika, o cümlədən Bakıdakı 62 poliklinika, 32 birləşmiş şəhər xəstəxanası, 7 qadın məsləhətxanası, təcili tibbi yardım məntəqələri var.

Digər tərəfdən ölkə ərazisindəki 10 Müalicə Diaqnostika Mərkəzi, eləcə də Respublika Perinatal Mərkəzi, Respublika Uşaq Stomatoloji Mərkəzi, Respublika Narkoloji Mərkəzi, Respublika Endokrinoloji Mərkəz də TƏBİB-in tərkibində olacaq.

TƏBİB-in tərkibində olacaq tibb müəssisələrinin – TAM SİYAHISI
Banner
12.10.2019 13:05:00
Oxuma sayı: 59