Şamaxı və İsmayıllıda yollar buz bağlayıb
Ölçü:


Yanvarın 10-da günorta saatlarından Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb.

Koordinat.az xəbər verir ki, bu barədə APA məlumat yayıb. Bildirilir ki, Bakı-Şamaxı yolunun dağlıq ərazidən keçən və gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb. Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də Şamaxı və İsmayıllının dağlıq ərazidəki kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Şamaxının Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb. Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib, yollar qardan təmizlənib. Buna baxmayaraq, axşam saatlarından havanın yenidən şaxtalı olacağı, yolların buz bağlayacağı bildirilir.
11.01.2018 17:51:52
Oxuma sayı: 13441