Mirşahin Ağayev telekanala rəhbər gətirilir?
Ölçü:


Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev CBC TV-yə ("Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətirilir.

Koordinat.az
"Ölkə.Az”a istinadən xəbər verir ki, hələlik Mirşahin Ağayev təsisçilər tərəfindən edilən təklifə müsbət cavab verməyib. Məlumata görə, CBC TV rəhbərliyi Mirşahin Ağayevin adı çəkilə telekanala gətirilməsində israrlıdır.

"Hazırda CBC TV rəhbrəliyi ilə Mirşahin Ağayev arasında danışıqlar gedir” – deyə əldə etdiyimiz məlumatda qeyd olunur.

Məsələ ilə bağlı Mirşahin Ağayevlə də telefon əlaqəsi saxladıq. O, bu barədə danışmaq istəmədiyini bildirdi.
10.11.2017 11:06:00
Oxuma sayı: 907