Azərbaycana 2 milyard avro investisiya yatırılacaq
Ölçü:


“Trans-Avropa nəqliyyat şəbəkəsi çərçivəsində Azərbaycana 2 milyard avrodan çox investisiya qoyuluşu nəzərdə tutulub”.

Koordinat.az
xəbər verir ki, bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos deyib. O bildirib ki, bu, beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə həyata keçiriləcək və bununla bağlı fəaliyyət planı hazırlanıb.

“Lakin işlər bununla yekunlaşmayacaq. Biz dövlət institutlarına, hüquq xidməti göstərən sahələrə maliyyə yatırırıq”, - deyə V. Maraqos qeyd edib.

O vurğulayıb ki, son illər Avropa İttifaqının özəl sektorla əməkdaşlığı Azərbaycanda 3000-ə yaxın iş yerinin açılmasına səbəb olub.

11.10.2019 10:37:00
Oxuma sayı: 47