Suriyadan Türkiyəyə 4 raket atıldı – Çoxlu yaralı var
Ölçü:


Suriyanın şimalından Türkiyənin Şanlıurfa rayonuna 4 raket atılıb.

Koordinat.az xəbər verir ki, hücum zamanı çox sayda insan yaralanıb. Mərmilər evlərə və nəqliyyat vasitələrinə tuş gəlib. Bölgəyə çox sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Məlumata görə, hücumu PKK-PYD terrorçuları təşkil edib.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Milli Suriya Ordusu ilə birgə Fərat çayının şərq sahillərində PKK-YPG terrorçularına qarşı əməliyyatlara başlayıb. 109 terrorçu məhv edilib.
10.10.2019 18:18:00
Oxuma sayı: 25