İçərisində ermənilərin də olduğu təyyarə Bakıya enib
Ölçü:


Yanvarın 8-də Çinin hava yollarına məxsus Pekin-Tiflis marşrutu üzrə hərəkət edən təyyarə Bakıda məcburi eniş edib.

Koordinat.az xəbər verir ki, bu barədə Azvision.az məlumat yayıb. Bildirilir ki, təyyarənin sərnişinlərindən 5-i erməni olub. Məlumatı Bakıya eniş edən erməni sərnişinlərdən biri İda Mnatsakanyan təsdiqləyib. Təyyarə qatı dumanla əlaqədar Tiflis hava limanına eniş edə bilməyib. Erməni sərnişinlərin etirazına baxmayaraq, təyyarə Bakı hava limanına enib.

Mnatsakanyanın sözlərinə görə, Bakı aeroportunun əməkdaşı onlara yaxınlaşaraq neytral zonaya düşmələrini təklif edib. Erməni sərnişinlər 12 saat Bakıda qalmalı olublar.

Mnatsakanyan Ermənistan XİN-in mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat katibi Tiqran Balayan erməni əsilli ABŞ vətəndaşları barədə dərhal Vaşinqtonu məlumatlandırıb. 12 saatlıq fasilədən sonra Tiflisə uçuş bərpa edilib.

 
11.01.2018 17:09:00
Oxuma sayı: 805