Zelenski dünya mətbuatının nümayəndələrini başına topladı - FOTO
Ölçü:


Ukrayna prezidenti Vladimir Zelenski bu gün səhər saatlarından etibarən Kiyevdə ilk böyük mətbuat konfransını keçirir.

Koordinat.az
Ukrayna mətbuatına istinadən xəbər verir ki, press-marafon formatında keçirilən mətbuat konfransında Zelenski bütün gün boyu jurnalistlərin suallarını cavablandıracaq. Jurnalistlər mətbuat konfransına 7-10 nəfərlik qruplar şəklində buraxılacaq. Qruplar hər yarım saatdan bir dəyişəcək. Məqsəd, mətbuat konfransına qatılacaq hər bir jurnalistin öz sualına cavab tapa bilməsidir. Bundan əlavə tədbirin keçirildiyi ərazidə jurnalistlərə öz materiallarını hazırlaya bilmələri üçün press-mərkəz də yaradılıb.

Zelenski artıq maraqlı açıqlamalarına başlayıb. Ukrayna prezidenti bildirib ki, onun sələfi Pyotr Poroşenko öz addımları ilə və əlindəki vasitələrlə (KİV-lərlə) insanları yeni Maydana sürükləyir: “Mən insanlarla ünsiyyətdəyəm və bunu davam etdirəcəm. Əgər insanlar mənim prezident olmağımı, komandamın davam etməsini istəməsələr, qan tökülməyəcək. Mən buna çox sakit yanaşıram. Amma insanlar nəyi seçəcəklərini bilməlidirlər… Poroşenkoya elə gəlir ki, növbəti bir Maydanın lideri ola bilər. İnanmaq istəmir ki, o, artıq prezident deyil”.


10.10.2019 14:14:00
Oxuma sayı: 44