Goranboyda qadını ata bağlayıb sürüyənlər tutuldu
Ölçü:


Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayıb sürüyən şəxslər – qonşuları polis şöbəsinə aparılıb.

Koordinat.az xəbər verir ki, bu barədə Modern.az-a Goranboy rayonunun hüquq-mühafizə orqanlarından bildirilib.Saxlanılan şəxslər hadisəni törətmiş Firduz Dəmirova və onun oğlu ilə qızıdır.

Hadisənin Xanqərvənd kəndində deyil, ona bitişik Əlirzalı kəndində baş verdiyi də bildirilr. Məlumata görə, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova ilə qonşuları arasında mübahisə yaranıb. Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək, onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadın arasında mübahisə yaranıb. Qonşu qadın Firduz Dəmirova oğlu və qızı ilə birləşərək S.Ələkbərovanı döydükdən sonra həmin ata bağlayaraq sürüyüblər.

Səhiyyə Nazirliyinin məlumatına görə, 35 yaşlı Sahilə Ələkbərova sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur.

 

10.10.2019 14:02:00
Oxuma sayı: 24