Rusiya Suriya ilə Türkiyə arasında dialoq qurmaq istəyir
Ölçü:

   
“Moskva Suriya və Türkiyə arasında dialoqun başlanmasına nail olmağa çalışacaq”.

Koordinat.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Rusiya XİN başçısı Türkiyə və Suriya arasında dialoqun aparılmasının əhəmiyyətini vurğulayıb.

“İndi biz Türkiyə ilə Suriya arasında dialoqun qurulmasına çalışacağıq. İnanmağa əsasımız var ki, bu, hər iki tərəfin marağındadır”, - deyə S. Lavrov qeyd edib.


10.10.2019 13:55:00
Oxuma sayı: 27