Mənzillərin qiymətlərinin artım tempinə görə dünya şəhərlərinin reytinqi
Ölçü:


“Knight Frank” konsaltinq şirkəti mənzillərin qiymətlərinin artım tempinə görə dünya şəhərlərinin reytinqini dərc edib.

Koordinat.az-ın məlumatına görə, siyahının ilk pilləsində Çinin Sian şəhəri qərarlaşıb. Belə ki, bu şəhərdə son 12 ay ərzində mənzillərin qiyməti 25,1% artıb. Reytinqin ikinci və üçüncü yerlərini Budapeşt (24,2%) və Heydərabad (18,3%) bölüşdürür.

Qeyd edək ki, ümumiyyətlə, reytinqdə dünyanın 150 şəhəri, o cümlədən postsovet ölkələrinin Tallin (5,6%), Moskva (3,2%), Riqa (2,9%) və Kiyev (1,3%) şəhərləri yer alıb.


10.10.2019 13:22:00
Oxuma sayı: 25