Evsizlikdən şikayətlənən zəngilanlı köçkünün yalan danışıb
Ölçü:

"Müxalifət düşünməlidir ki, onların fəaliyyəti nəticəsində bu gün 1 milyon insan məcburi köçkün vəziyyətində yaşayır".

Koordinat.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Milli Şuranın keçirdiyi piket zamanı videomüsahibə verərək evsiz olduğunu deyən məcburi köçkünün yalan danışdığı məlum olub: "Biz bununla bağlı araşdırma apardıq. Məlum oldu ki, həmin şəxs Zəngilan rayonundan olan məcburi köçkün Yaşar Cəlilovdur. Məsələni araşdırdıq və müəyyən olundu həmin məcburi köçkün ailəsinə ev verilib".

Komitə sədri vurğulayıb ki, bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır: "Bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür. Komitədə bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüflər olsun ki, yenə də bu kateqoriyadan olan ailələr var”.

10.10.2019 12:29:00
Oxuma sayı: 22