Cocuq Mərcanlı sakinləri məcburi köçkün statusunu itirməyib
Ölçü:


“Cocuq Mərcanlı sakinləri oraya köçürülsə də, məcburi köçkün statusu hələ qalır”

Koordinat.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. O, müraciət olunduğu təqdirdə Cocuq Mərcanlı kəndində yenə də evlərin tikilə biləcəyini söyləyib: "Hazırda Cocuq Mərcanlı sakinləri bizim tabeliliyimizdən çıxıb. Həmin kəndin icra nümayəndəliyinin nızarətindədir. Amma biz də onlara lazımı köməklikləri edirik. Cocuq Mərcanlı sakinlərinin məcburi köçkün statusu hələ qalır".

 

10.10.2019 12:06:00
Oxuma sayı: 24