24 min məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır
Ölçü:


“Hazırda təxminən 24 min məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır”.

Koordinat.az
xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev YAP qərargahında keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin məcburi köçkünlər yataqxanalarda, bağçalarda, sanatoriyalarda və digər yarımçıq tikililərdə yaşayırlar: “Mən onlarla mütəmadi olaraq görüşürəm. Bəziləri ilə də görüşəcəm. Bu gün 700 minə qədər məcburi köçkün var və biz çalışırıq ki, onların problemlərini həll edək”.
10.10.2019 11:46:00
Oxuma sayı: 20