Bərdədə məcburi köçkünlər üçün yeni binaların tikiləcəyi məlum deyil
Ölçü:

Hazırda Bakı şəhərində ailə sayına görə ən çox məcburi köçkün Binəqədidə yaşayır.

Koordinat.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev YAP qərargahında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, məcburi köçkün ailələrinin ən sıx məskunlaşdığı regionlardan biri də Bərdə rayonudur. Amma Bərdədə məskunlaşmış məcburi köçkünlər üçün yeni binaların tikintisinə nə vaxt başlanacağı hələ məlum deyil: “Bərdə rayonunda torpaq sahəsinin ayrılması ilə bağlı proses gedir. Ancaq mən deyə bilmərəm ki, orda binalar tikməyə nə zaman başlayacağıq".

Komitə sədri deyib ki, hazırda Lənkəranda da 45 ailəlik bina tikilir. Həmçinin Füzuli rayonunda işğaldan azad olunmuş kənddə fərdi evlər tikilir. Eyni zamanda  Cocuq Mərcanlı kəndində də hər 150 evə bir əlavə tikili inşa olunur.
10.10.2019 11:37:00
Oxuma sayı: 20