Rövşən Rzayev: "Fərdi evlərdə məskunlaşan məcburi köçkünlər də köçürüləcək"
Ölçü:

“Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”.

Koordinat.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qərargahında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür: “Komitədə bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüf ki, yenə də bu kateqoriyadan olan ailələr var”.
 
Rövşən Rzayev fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsinin də diqqət mərkəzində olduğunu və yaxın vaxtlarda bu məsələnin öz həllini tapacağını deyib. Onun sözlərinə görə, komitə bu istiqamətdə də fəal iş aparır: "Əvvəlcə bu gün ağır vəziyyətdə yaşayan məcburi köçkünləri evlə təmin etməyə yönəlib. Lakin fərdi evlərdə yaşayan məcburi köçkünlər də həmin evlərdən çıxarılacaq. Belə ailələr az deyil, yetərincədir. Çoxluq isə Bakı və Sumqayıtda olan fərdi evlərdə yaşayır".
 
10.10.2019 11:21:00
Oxuma sayı: 66