Ərdoğan Suriya əməliyyatını pisləyən Trampa cavab verdi
Ölçü:


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Yeni Şafak” qəzetinə geniş müsahibə verib.

Koordinat.az xəbər verir ki, Ərdoğan Suriyada “Sülh mənbəyi” əməliyyatını keçirmək üçün bütün hüquqlara malik olduqlarını vurğulayıb. Onun sözlərinə görə, bu hüquq onlara 1998-ci ildə Adanada Ankara və Dəməşq arasında imzalanmış rəsmi müqavilə əsasında aiddir. O, Trampın hərbi müdaxiləni “pis ideya” adlandırması ilə də razılaşmayıb: “Suriya hava məkanını istifadə olunmasına gəlincə, bura ABŞ-a məxsus deyil. Bu beynəlxalq, Suriyaya məxsus hava məkanıdır. Əgər ABŞ-a məxsus deyilsə, ondan istifadə rejim tərəfindən həll olunur”.

Türkiyə prezidenti Suriyada olan ABŞ qoşunlarının Bəşər Əsəd tərəfindən dəvət olunmadıqlarını, türk qoşunlarının isə Adanada imzalanmış müqavilə əsasında bölgəyə yerləşdiyini əlavə edib: “Müqaviləyə görə, rejim Kürdüstan İşçi Partiyasına qarşı tədbirlər görmürsə, biz terrorçuları təqib edə bilərik”.

Ərdoğan Suriyada başlayan əməliyyatın 3 məqsədininin – ölkə sərhədlərinin rəhlükəsizliyinin təmin olunması, Suriyanın ərazi bütövlüyünün qorunması və ölkəsindən qovulan suriyalıların ata-baba yurdlarına qayıdışını təmin etmək olduğunu elan edib.
10.10.2019 10:19:00
Oxuma sayı: 24