1145 vakant vəzifənin tutulması üçün müsahibə keçiriləcək
Ölçü:


Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant 1145 icraçı (mütəxəssis) vəzifəsinə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

Mərkəzdən Koordinat.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 9 fevral 2018-ci il tarixinədək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.
11.01.2018 16:07:48
Oxuma sayı: 519