Kanadalılar Ağdamın işğal altındakı Şelli kəndində ermənilərə su çəkdirir
Ölçü:


Azərbaycan Respublikasının Ağdam rayonunun işğal altında olan və ermənilərin “Uxtasar” adlandırdığı Şelli  kəndinə yeni su kəməri çəkilir.

Koordinat.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, 1993-cü ildən bəri içməli su, eləcə də suvarma suyu ilə bağlı ciddi problemlər yaşanan kənddə sülənən ermənilər üçün yeni su kəməri ümumerməni “Hayastan” fondunun Kanadanın Toronto şəhərində fəaliyyət göstərən filialının həmin ölkənin vətəndaşları olan  fəalları maliyyələşdirir.

Qeyd edək ki, bir müddət öncə Moderator.az Rusiya mediasına istinadla Şelli kəndində yallanan ermənilərin dilənçi  durumundan bəhs edib (bax:https://www.moderator.az/news/281957.html)

Xatırladaq ki, 1988-1993-cü illərdə Ağdamın Şelli kəndi uğrundakı döyüşlərdə onlarla oğul-qızımız şəhid olub və yaralanıb.


09.10.2019 23:12:00
Oxuma sayı: 191