Avropa İttifaqı Türkiyəni hərbi əməliyyatları dayandırmağa çağırdı
Ölçü:


Avropa İttifaqı Türkiyəni Suriyanın şimalında hərbi əməliyyatları dayandırmağa çağırıb.

Koordinat.az
xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunkler Brüsseldə Avropa parlamentinin iclasında bu çağırışla çıxış edib.

“Türkiyə bizim tərəfdaşımızdır. Biz etiraf edirik ki, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları var. Lakin mən Türkiyə və digər iştirakçıları təmkin nümayiş etdirməyə və hərbi əməliyyatları dayandırmağa çağırıram”, - deyə Jan-Klod Yunkler bildirib.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış bulağı" (Barış Pınarı) adlı hərbi əməliyyatlara başlayıb.

 

09.10.2019 19:17:00
Oxuma sayı: 34