Əli Əsədov Baş nazir kimi ilk xarici qonağı qəbul etdi - Gürcüstanın Baş naziri ilə görüş
Ölçü:


Azərbaycanın yeni təyin olunmuş Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında təkbətək görüş olub.

Koordinat.az  xəbər verir ki, görüşdən Gürcüstanla Azərbaycan arasında iqtisadi əlaqələrinin genişləndirilməsi, gələcək əməkdaşlığın perspektivləri məsələləri müzakirə olunub.

Görüşdən sonra Azərbaycanın Baş Naziri Əli Əsədovun adından Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın şərəfinə şam yeməyi verilib.

Xatırladaq ki, bu, Əli Əsədovun Baş nazir kimi Bakıda qəbul etdiyi ilk xarici qonaqdır.

Əli Əsədov dünən, yəni oktyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
09.10.2019 19:56:00
Oxuma sayı: 53