Qüdrət Həsənquliyev: “Əli Əsədov ən uğurlu Baş nazir olacaq"
Ölçü:


"Hər dəyişiklik bir ümiddir. Ona görə də kadrların yerlərinin dəyişdirilməsi və əvəz olunması mütəmadi olmalıdır. Məsələnin müsbət tərəfi həm də ondan ibarətdir ki, hər kəs başa düşdü ki, o, təşəbbüskar olub müsbət dəyişikliklərə yol aça bilməsə və etimadı doğrultmasa, işlədiyi müddətdən asılı olmayaraq, dəyişdirilə bilər".

Koordinat.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ilə bağlı partiyanın mətbuat xidmətinə qısa müsahibəsində deyib. O, Növruz Məmmədovun vəzifəsindən azad edilməsi və Əli Əsədovun Baş nazir təyin olunmasına belə münasibət bildirib: "Əli Əsədov peşəkar iqtisadçı olması ilə yanaşı yaxından tanıyanlar tərəfindən işgüzar və müsbət bir insan kimi xarakterizə olunur. İlham Əliyev istisna olmaqla – o, çox qısa zaman kəsiyində baş nazir olub – müstəqillik illərində baş nazir təyin olunmuş insanlar arasında, düşünürəm ki, Əli Əsədov ən uğurlusu olacaq. Əli Əsədova müəyyən fəaliyyət azadlığı verilsə, o, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verə bilər. Amma mən ümumən Nazirlər Kabinetinin ləğv olunmasının tərəfdarıyam".

09.10.2019 17:11:00
Oxuma sayı: 487