Müsavat qurultayın vaxtını dəyişdi

Koordinat.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı namizədlərin bugünkü debatında bildirib. Onun sözlərinə görə, qurultay oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçiriləcək.
Müsavat başqanı vəzifəsi uğrunda üç namizəd - hazırki başqan Arif Hacılı, partiyanın Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparacaq.
09.10.2019 17:53:00
Oxuma sayı: 157