Rusiyanın AES istəyinə Bakıdan cavab
Ölçü:



“Rusiyanın Azərbaycana Atom Elektrik Stansiyası tikməklə bağlı təklifi nəzərdən keçirilir”.

Koordinat.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Rusiyanın Azərbaycanda Atom Elektrik stansiyasının yaradılmasına dəstək verilməsi barədə təklifi təsdiqləyib:

“Təbii ki, Rusiya atom enerjisi sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir. Rəsmi Moskvanın dünya üzrə bir çox belə layihələri var. Bizimlə əməkdaşlıq üçün də belə təklif səsləndirilib. Hazırda Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma hələlik bu mövzu ilə bağlı konkret bir söz deyə bilmərəm”.
 
Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentlərinin ötən həftə gerçəkləşən görüşlərinin yekunlarına əsasən, Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Rusiya prezidenti Vladimir Putin hətta bu məsələdə Azərbaycana dəstək göstərilə biləcəyini istisna etməyib.
09.10.2019 15:21:00
Oxuma sayı: 38