“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısı keçiriləcək
Ölçü:


“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-ə təyin edilib.

Energetika Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirak etmək üçün müvafiq ölkələrə və bir sıra  beynəlxalq maliyyə təşkilatlarına dəvət məktubları göndərilib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da,  üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.
 
11.01.2018 15:09:00
Oxuma sayı: 954