Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı
Ölçü:


2019-cu il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.
Koordinat.az -ın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat John B.Goodenough, M.Stanley Whittingham və Akira Yoshinoya verilib.
Onlar litium-ion batareyalarının inkişafına görə Nobel mükafatına layiq görülüblər.
Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.

09.10.2019 14:50:00
Oxuma sayı: 169