Kəlbəcərli seçicilər üçün növbəti qəbul keçirilib – FOTOLAR
Ölçü:

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi görüşlər keçirilir, onların problemləri dinlanilir. 

Koordinat.az xəbər verir ki, növbəti belə qəbul oktyabrın 8-də keçirilib. Qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və digər məsələlərlə bağlı olub. Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirilib.

Qəbulda o da qeyd olunub ki, qaldırılan bütün məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınıb. Bəzi seçicilərin problemləri isə yerindəcə həll edilib. 

Xatırladaq ki, bu gün keçirilən qəbulda Kəlbəcər rayonundan olan 64 nəfər seçici iştirak edib. Bildirilib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni etməkdədir.
08.10.2019 23:43:00
Oxuma sayı: 513