Ərdoğan noyabrın 13-də ABŞ-a gedəcək
Ölçü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a gələcək və burada Birləşmiş Ştatların Prezidenti Donald Trampla danışıqlar aparacaq.

Koordinat.az xəbər verir ki, Vaşinqton administrasiyasının rəhbəri bu barədə məlumatı “Twitter” sosial şəbəkəsində paylaşıb: “Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də mənim qonağım qismində ABŞ-a gələcək”.

Donald Tramp Türkiyə-Amerika münasibətlərinin vacibliyini vurğulayaraq Ankaranı Birləşmiş Ştatların ən iri ticarət tərəfdaşlarından biri adlandırıb: “İnsanların çoxu Türkiyənin ABŞ-in əsas ticarət tərəfdaşlarından biri olduğunu unudurlar. Düzünü desək, onlar bizim F-35 qırıcı təyyarələrimizin füzelyajı üçün polad konstruksiyalar hazırlayır. Onlarla iş görmək də yaxşıdır – onlar Suriyanın İdlib əyalətində çox sayda həyatı xilas etməkdə mənə yardımçı oldular, həmçinin mənim xahişimlə uzun müddətə azadlıqdan məhrum olunmuş keşiş Endryu Bransonu sağ-salamat geri qaytardılar. Bundan başqa, yadda saxlayın – bu çox vacibdir – Türkiyə NATO alyansının etibarlı üzvlərindən biridir”.

Donald Tramp, həmçinin Birləşmiş Ştatların sonu görünməyən müharibələrdən çıxmalı olduğunu bir daha vurğulayıb.

Xatırladaq ki, oktyabrın 6-da Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı noyabr ayında Vaşinqtonda görüşmək barədə razılığa gəliblər.

08.10.2019 19:16:00
Oxuma sayı: 16