Fərəc Quliyev AXH-yə qoşulan partiya üzvünü cəzalandırıb
Ölçü:

Deputat Fərəc Quliyev sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) bu qurumun qərarı olmadan müxalifət təşkilatlarına qoşulan və ya hər hansı bir formada onlarla əməkdaşlıq edən üzvləri barədə açıqlama yayıb.

Partiyadan Kordinat.az-a verilən məlumata görə, belə təşkilatlardan biri sabiq daxili işlər naziri İsgəndər Həmidovun rəhbəri olduğu Azərbaycan Xalq Hərəkatıdır (AXH).  Bildirilir ki, partiyanın qərarı olmadan AXH sıralarına qoşulan MDHP sədrinin Binəqədi rayon təşkilatı üzrə səlahiyyətli nümayəndəsi Cavanşır Rzazadə barədə tədbir görülüb. Belə ki, onun partiyadakı vəzifəsinə xitam verilmiş və partiya üzvlüyü ilə bağlı məsələ isə  Nəzarət-Təftiş Komissiyasına həvalə edilmişdir. MDHP sədrinin Binəqədi rayon təşkilatı üzrə səlahiyyətli nümayəndəsi görəvi müvəqqəti olaraq Elşən Manafova tapşırılıb.

"Biz MDHP olaraq bir daha bəyan edirik ki, istənilən bölücü, parçalayıçı, qiyamçı və təxribatçı mövqenin və çağırışların xalqımıza və dövlətimizə nə qədər zərəli olduğunun fərqindəyik və  mövqeyimizə zidd çağırışlar edən təşkilatlarla hər hansı bir formada əməkdaşlığımlız yoxdur. MDHP üzvlərinin nəzərinə çatdırırıq ki, bu dönəmdə yerli rayon təşkilatlarının avtonom hüquqları  bir müddət məhdudlaşdırılacaq və ölkədə fəaliyyət göstərən siyasi təşkilatlarla  əmakdaşlığı yalnız təşkilatın ali orqanlarında aparılan müzakirələr əsasında partiya adından verilmiş qərararla nəzərllərinə çatdıracaq və ya MDHP sədrinin yazılı sərəncamları ilə tapşırıqlar veriləcək”.

08.10.2019 17:54:00
Oxuma sayı: 25