Amerikalı konqresmenlər Xocalı aeroportunda belə qarşılandı - FOTOLAR
Ölçü:


Amerikalı konqresmenlər Cudi Çu və Ceki Şpeyer bir qrup həkimlə birlikdə Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər ediblər.

Koordinat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onların olduğu mülki helikopter Azərbaycanın dünya birliyi tərəfindən tanınan hava sərhədlərini pozaraq, Xocali aeroportuna eniş edib. Aeroportda onları qondarma rejimin “vitse-spiker”i Vaqram Balayan və “xarici işlər nazirinin müavini” Armine Aleksanyan qarşılayıb.

Xatırladaq ki, bundan öncə, daha bir konqresmen – Frenk Pallone də Dağlıq Qarabağa helikopterlə səfər etmişdi.

08.10.2019 13:40:00
Oxuma sayı: 30