Müstəqil Azərbaycanın Baş nazirləri - kim nə qədər işləyib?
Ölçü:

Xəbər verdiyimiz kimi, bu gün  Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov istefa verəcək. Məsələ artıq rəsmi təsdiqini tapıb və Milli Məclisin bu gün keçiriləcək iclasında Baş naziri vəzifəsinə Əli Əsədov təsdiq olunacaq.

Koordinat.az xəbər verir ki, Əli Əsədov müstəqil Azərbaycan Respublikasının sayca 12-ci Baş naziri olacaq.

Bəs, Azərbaycan respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra - 1991-ci ildən bəri Baş nazirlər arasında bu vəzifədə ən çox və ən az işləyənlər kimlərdir? Aşağıda həmin siyahını oxuculara təqdim edirik:

1. Həsən Həsənov - ------7 fevral 1991 - 4 aprel 1992
2. Firuz Mustafayev - ----4 aprel 1992  -  14 may 1992    
3. Rəhim Hüseynov ------14 may 1992  - 30 yanvar 1993
4. Əli Məsimov  --------    5 fevral 1993 - 28 aprel 1993
5. Pənah Hüseyn -------  28 aprel 1993 -  30 iyun 1993
6. Surət Hüseynov -------30 iyun 1993 - 7 oktyabr 1994
7. Fuad Quliyev-------- --7 oktyabr 1994 - 20 iyul 1996
8. Artur Rasi-zadə--------20 iyul 1996  - 4 avqust 2003
9. İlham Əliyev------------4 avqust 2003 - 4 noyabr 2003
10. Artur Rasi-zadə -----4 noyabr 2003 - 21 aprel 2018
11. Novruz Məmmədov - 21 aprel 2018 - 8 oktyabr 2019
12. Əli Əsədov   -------- 8 oktyabr 2019-cu ildən.

08.10.2019 11:41:00
Oxuma sayı: 40