Gəlirlərin 50 faizi Azərbaycanındır
Ölçü:


Trans-Anadolu qaz boru kəmərinin (TANAP) səhmdarları TANAP-ın işlənilməsindən illik 1,45 mlrd. dollar gəlir əldə edəcək.

Koordinat.az-ın məlumatına görə, bunu oktyabrın 8-də İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.Onun sözlərinə görə, bu gəlirin 58% Azərbaycanın payına düşəcək. Baş direktor qeyd edib ki, Trans-Anadolu qaz boru kəmərinin (TANAP) işə salınması Azərbaycanla Türkiyə arası qaz nəqli həcmlərini artıracaq:"Bununla daTürkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq. Onun sözlərinə görə, indiyədək TANAP-ın işlənilməsi çərçivəsində (qazın nəqlindən - hər min kubmetrə 5,95 ABŞ dolları) Türkiyə hokumətinə 16 mln. 65 min dollar ödənilib.

08.10.2019 10:55:00
Oxuma sayı: 26