Amerikalı həkimlər Xankəndidə Saakyanın qəbulunda - FOTO
Ölçü:


Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin başçısı Bako Saakyan bu gün Amerikanın “Çevi Çest” təşkilatından və Kaliforniya ştatının   Fresno şəhərindən  gəlmiş bir qrup həkimi qəbul edib.

Koordinat.az
xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə,  görüşdə B.Saakyan əksəriyyəti erməni mənşəli, ancaq ABŞ vətəndaşı olan həkimlərə neçə illərdir  “Artsax xalqı”na göstərdikləri tibbi və  humanitar dəstəyə görə təşəkkürünü bildirib.  

Xatırladaq ki,  ötən həftənin əvvəlində ABŞ-ın  “Adventist Health Glendale” tibb mərkəzindən gəlmiş 60 nəfərlik nümayəndə heyəti, həmçinin, ermənipərəst konqresmen Frenk Pallone də Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq  Xankəndinə gəlmişdi.  


07.10.2019 20:47:00
Oxuma sayı: 18