"İrəli"nin sədrini irəli çəkdilər - federasiya katibi oldu
Ölçü:


Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.

Koordinat.az
xəbər verir ki, AMKF-in prezidenti Yaşar Bəşirovun "Report"a bildirdiyinə məlumata görə, məsul post "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidova həvalə olunub. M.Seyidovun gəlişinədək baş katib vəzifəsində çalışmış Mir-Cabbar Seyidov isə bundan sonra məsul katib vəzifəsində çalışacaq. Yeni və əvvəlki baş katiblərin soyadları eyni olsa da, onların qohumluq əlaqələri yoxdur.

Qeyd edək ki, Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 2014-cü il iyunun 27-də “İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.

11.01.2018 12:28:00
Oxuma sayı: 399