İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
Ölçü:


“Aprel şəhidləri"  - gizirlər Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilib.

Koordinat.az xəbər verir ki bu barədə "Aprel şəhidi" Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib. O, qeyd edib ki, hər iki şəhid ailəsinin mənzil problemi var idi: “Ailələr üçün təqdimatı mən vermişdim. Hər iki şəhid ailəsi Mingəçevirdə yaşadığı üçün onlara yaxın olduğundan Gəncə şəhərində mənzil verilib. Rəsmiləşdirmə bu gün olub. Gizir Rahim Tağıyevin ailəsi 4 otaqlı, Rüstəm Əhmədovun ailəsi ilə 2 otaqlı mənzillə təmin olunub".

Xatırladaq ki, Aprel şəhidi Rahim Tağıyevin 3 övladı, Rüstəm Əhmədovun isə 2 övladı var.

07.10.2019 17:51:00
Oxuma sayı: 186