Çavuşoğlu: "Suriyanın şimalını terrorçulardan təmizləməkdə qərarlıyıq"
Ölçü:


“Suriyanın şimalını terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik”.

Koordinat.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Suriya məsələsi ilə bağlı yazıb: “Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik”, – deyə M.Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ Suriyanın şimalında Türkiyənin antiterror əməliyyatı aparmasına, təhlükəsizlik bölgənin yaranmasına razılıq versə də, bu prosesdə iştirak etməyəcəyini açıqlayıb. Məlumata görə, ABŞ hərbçiləri artıq Suriya-Türkiyə sərhədindəki ərazidən çıxıb. (Report)

07.10.2019 13:57:00
Oxuma sayı: 26