Dövlət Dumasının sədri rusiyalı deputatın ABŞ-da dindirilməsinə etiraz edir
Ölçü:


Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Federal Təhqiqatlar Bürosunun rusiyalı deputat İnqa Yumaşevanı dindirməsini təxribat və beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib.

Koordinat.az-ın məlumatına görə, V.Volodin deyib ki, İ.Yumaşeva Dövlət Dumasında ABŞ Konqresi ilə əlaqələr üzrə qrupun koordinatorudur,  ABŞ-da beynəlxalq foruma dəvət edilib. Deputatın ABŞ səfirliyindən viza aldığını xatırladan V. Volodin qeyd edib ki, ABŞ-da Rusiya ilə ikitərəfli münasibətləri kəskinləşdirmək istəyən qüvvələr var.

Qeyd edək ki, Fort-Ross Dialoq Forumunda iştirak etmək üçün ABŞ-a səfər edən İ. Yumaşeva Nyu-York aeroportunda saxlanıb və 1 saata qədər Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən dindirilib.
06.10.2019 11:49:00
Oxuma sayı: 24