10 min manat təqaüd alan Ayaz Mütəllibov yenə narazıdır
Ölçü:


Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov "Space" TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb. 

Koordinat.az xəbər verir ki, Azərbaycanın ilk prezidenti 10 min manat təqaüd aldığını bildirib: “Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə "Ayaz müəllim, bu sizsiniz?" - deyə təəccüblənirdilər.  Deyirdim mənəm.  Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb-razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir.  Allah mənim vəziyyətimə heç kəsi salmasın”.
06.10.2019 11:15:00
Oxuma sayı: 20