İsgəndər Həmidov mətbuat konfransı keçirəcək
Ölçü:

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçisi İsgəndər Həmidov uzun müddətlik müalicədən sonra Bakıya qayıdıb.

AXH-dən Koordinat.az-a verilən məlumata görə, İsgəndər Həmidov artıq 3 gündür Bakıdadır və hazırda özünü yaxşı hiss edir.

Məlumatda həmçinin İsgəndər Həmidovun iştirakı ilə sabah AXH-nin rəgbərliyində təmsil olunan ictimai-siyasi xadimlərin mətbuat konfransı keçirəcəyi də qeyd olunub.

Xatırladaq ki, İsgəndər Həmidov bu ilin may ayından Türkiyədə müalicə olunur. O, Türkiyənin məşhur “Gülhanə” Tibb Akademiyasında iki dəfə ürək əməliyyatı keçirib.

04.10.2019 13:56:00
Oxuma sayı: 36