Le Huffington Post: “Qarabağın açarı Rusiya, İran və Türkiyədədir"
Ölçü:


Avropa Təhlükəsizlik və Proqnozlaşdırma İnstitunun prezidenti Emmanuel Dyupinin “Huffington Post” qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhlil xarakerli məqaləsi dərc olunub.

Koordinat.az xəbər verir ki,  müəllif “Rusiya Dağlıq Qarabağdakı həssas münaqişəyə necə son qoya bilər?” başlıqlı məqalədə yazır ki, hər hansı münaqişə zonasında sülh əldə etmək üçün iki tərəf lazımdır. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə isə tərəflərin sayı 3 olmalıdır. O, Dağlıq Qarabağ münaqişəsinin necə başlaması barədə yazır: "İki barşımaz qonşu arasında müharibə SSRİ-nin dağılmasından sonra başlamışdı, Cənubi Qafqazın stabilliyi və inkişafı üçün daim təhlükə yaradır. Regionun qarşısında duran yeni geosiyasi hədəflər fonunda Dağlıq Qarabağ münaqişəsi bir qədər köhnəlmiş görsənə bilər. Bundan pis olanı isə 1994-cü ilin mayında imzalanmış atəşkəs rejimi sayəsində az-çox dondurula bilən münaqişənin 30 illik status-kvodan sonra yeni eskalasiyaya doğru sürüklənə bilməsi ehtimalıdır. Bunun sübutu ötən ilin aprelində onlarla azərbaycanlı və erməni hərbçisinin həyatına son qoyan insidentlərdən görünür.

Sülhə töhfə verə biləcək bütün hüquqi, qanunuverici və diplomatik qərarlar kağız üzərində münaqişənin həll yolunu göstərsə də, reallıqda münaqişənin sülh yolu ilə həllinə heç bir fayda vermir. Çünki “Soyuq müharibə”nin və SSRİ-nin çöküşünün doğurduğu strateji reallıq hazırki reallıqla üst-üstə düşmür. İndi münaqişənin açarı ATƏT-in Vyanadakı baş ofisində, Vaşinqtonda, yaxud Parisdə deyil, daha çox Moskva, İstanbul və Tehrandadır”.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması son 25 ildə iki Qafqaz respublikası arasındakı konfliktin həlledici faktorudur. Sülhün əldə olunması üçün Rusiyanın rolu hələ heç zaman bu qədər təsirli və həlledici olmamışdı. Moskva tərəflərə təsir imkanlarına malikdir. O, Bakını KTMT-a üzv olmağa sövq edir lakin hər dəfə rədd cavabı alır.

 KTMT-ın üzvü Ermənistan isə müasir silahlara, o cümlədən "İsgəndər” raketlərinə malikdir və ərazisində yüzlərlə rus hərbi məsləhətçisinin olmasından faydalanır. Azərbaycan isə bu imtiyazlardan istifadə etmir və Ermənistanın pulsuz əldə etdiyi silahları pulla almağa məcburdur.

Hazırda Moskvanın maraqları öz çevrəsindəki ölkələrdəki konfliktli halların həll olunmasındadır. Bununla Moskva öz hərbi və maliyyə gücünü Avrasiya, Qafqaz, Mərkəzi Asiya və Aralıq dənizi regionlarına yönəltmək istəyir.

Ümid edək ki, Azərbaycan və Ermənistan prezidentləri münasib vəziyyətdən istifadə edərək parlamünt seçkiləri öncəsi müharibə təxribatı istəyən Yerevandakı “isti başları” sakitləşdirə, digər tərəfdən isə rəsmi Bakının həddən artıq yüksək hərbi büdcəsinin azaldılmasına nail ola bilərlər. Tez-tez deyirlər ki, sülh sazişi imzalamaq üçün 2 tərəf lazımdır. Dağlıq Qarabağ münaqişəsində bu tərəflərin sayı üçdür. Top Suriya münaqişəsində olduğu kimi Moskvanın ərazisindədir” (Modern.az).
15.03.2017 22:56:19
Oxuma sayı: 1063