Əfv siyahısında 30 məhbusun adı var
Ölçü:


“Ehtimal edirik ki, həmişəki kimi, illərlə mövcud olan ənənə və təcrübəyə əsasən Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə əfv veriləcək. Bu, prezidentin müstəsna səlahiyyətinə daxil olan məsələdir. Biz buna çox ümid edirik”.

Koordinat.az
xəbər verir ki, bunu hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı teleqraf.coma-a müsahibəsində deyib.  Onun sözlərinə görə, əfv fərmanı çox vacib bir addım olacaq. Belə ki, bu, Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə kifayət qədər aydınlıq və istilik gətirə bilər: “Bizim siyahımızda olan 30 nəfərin azadlığa buraxılması, bu problemin ölkə daxilində həll edildiyini nümayiş etdirə bilər. O siyahımızda 30 nəfər məhbusun adı var. Çox ümid edirik ki, siyahımızda olan məhbuslar azadlığa buraxılacaq və biz AŞPA-nın qış sessiyasında bunu bir nailiyyət kimi nümayiş etdirə biləcəyik”.

S. Qocamanlı vurğulayıb ki, əfv fərmanı Azərbaycan-Avropa Şurası münasibətlərinə istilik gətirə bilər. 
10.11.2017 10:54:00
Oxuma sayı: 1631