Keçmiş deputat Eldar Həsənova çamur atanlara səsləndi: "Yazanda vicdanı və Allahı unutmayın"
Ölçü:


"Şok! Şok! Şok! Böyük bir “kəşf”elədilər! Sən demə, Bakıda Qarabağ qaziləri ilə SOKARın əməkdaşlarının davasının səbəbkarı, baiskarı, ruhlandırıcısı, qızışdırıcısı və nə bilim, digər nəsnələrin daşıyıcısı nə az, nə çox, nə artıq, nə əskik— Azərbaycan Resbublikasının üç ölkədəki səfiri Eldar Həsənovmuş. Belə yerdə türklər demiş: ALLAH, ALLAH! Tirajlayın, cənablar! Tapıntınıza şükür!"

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı,əməkdar jurnalist Əlövsət Ağalarov AZərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarının hücumuna məruz qalan Qarabağ qaziləri ilə bağlı qalmaqalda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun adının hallandırılmasına münasibət bildrərkən söyləyib. Əlövsət Ağalarov "Musavat.com" saytında yer alan bu uydurma iddialara özünün "Facebook" səhifəsində fikirlərini açıqlayıb. O, Eldar Həsənov haqqında yazılanların heç bir əsasının olmadığını qeyd edib: "Adam (sabiq baş prokuror Eldar Həsənovu nəzərdə tutur - red.) oturub Avropada dövlətimizin maraqları naminə bütün imkanlarını səfərbər edərək xeyirxah işlərlə məşğul olur, bizlər də burada adi bir məişət münaqişəsini onun ayağına yazırıq! Burdan-bura bu məsələni araşdırıb əsl günahkarları tapmaq əvəzinə, dünyanın o başında vəzifəsini ləyaqətlə yerinə yetirən səfirin “ taqsırı”nı nə tez tapdınız, cənablar? Fantaziyanın da bir sərhədi olar, bəlkə bir az da faktla danışasınız! Nə vaxtdan Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının — peşəkar MTN, DİN strukturlarının vəzifəsini icra etməyə başlamısınız?! Hər bir halda onların bildikləri, gördükləri sizlərin uydurmalarınızın yanında əlahəzrət faktlardan ibarətdir! Əgər bu orqanlar yazdıqlarınızı həqiqət kimi qəbul etsəydilər, dövlətçilik naminə kimliyindən asılı olmayaraq, qəti tədbir görərdilər! Və əgər yazdıqlarınızda 0,0001 faiz həqiqət payı olsaydı, uşaqlıq, gənclik və qocalıq dostumdan dərhal üz döndərərdim. Çünki o kişinin dövlətə, dövlətinin rəhbərinə, millətinə, ümumən bütün Azərbaycana sonsuz sədaqətinin şahidiyəm! Unutmayın ki, qələm də su kimi, murdarlığı qəbul etmir. Qələmi klaviatura əvəz etsə də! Yazanda vicdanı və Allahı unutmayın".

Xatırladaq ki, bu gün "Yeni Müsavat" qəzetində və "Musavat.com" saytında "“Saxta qazilər” vasitəsilə Azərbaycanı onlar qarışdırır" adlı məqalə yayılıb.  Yazının adından da göründüyü kimi, SOCAR-ın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülən Qarabağ müharibəsi əlillərinin əslində qazi olmadıqları iddia edilir. Məqalədə gizli mənbəyə istinadla SOCAR əməkdaşları ilə qazilər arasındakı toqquşmaya Kəlbəcərdən olan Hacıyev Məmmədəli İsgəndər oğlunun rəhbərlik etdiyi iddia olunur. Daha sonra yenə də adı gizli saxlanılan ekspertə istinadən baş verən bütün bu hadisələrin arxasında ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələrin durduğu bildirilir: "Musavat.com-a danışan ekspertlərdən biri iddia edib ki, “saxta qazilərin” adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür! Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur".

Əslində yazıda "etibarlı mənbədən aldığımız məlumata görə", "Redaksiyamıza məlumat verən mənbə", "Bəzi mənbələr", "Ekspertlər", "Musavat.com-a danışan ekspertlərdən biri" ifadələrindən gen-bol istifadə olunması bu iddiaların müəllifin və ya müəlliflərin uydurması olduğuna şübhə yeri qoymur. Məqalənin başlığındakı "SENSASİON DETALLAR" seçdirməsi isə içərisi boş və uydurma dəlillərlə "zənginləşdirilmiş" məqaləni oxucuya zorla oxutdurmaq məqsədi güdür!

Sadəcə, ayıb! Həm də çox böyük ayıb!!!
02.10.2019 20:46:00
Oxuma sayı: 754